"Qəbələ"nin kapitanı Ürfan Abbasov Sportal.az saytına müsahibə verib:
- Premyer Liqanın 3-cü turunda "Sumqayıt"a məğlub oldunuz. Bu matç haqda fikirlərini bildirərdin...
- Ağır oyun olacağını bilirdik. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanmaq istəyirdik. Əlimizdən gələni etdik. İlk 15 dəqiqədə buraxdığımız iki qoldan sonra toparlanmaq bir az çətin oldu. Amma komanda özündə güc tapdı. 15-ci dəqiqədən sonra oyunda biz dominantlıq etdik, təhlükəli epizodlar yaratdıq. Təəssüf ki, həmin fürsətlərin yalnız birindən istifadə edə bildik. Əlimizi yanımıza salmamalıyıq, hələ qarşıda oyunlar var. Hazırlaşmalıyıq. Yaxşı nəticələr qazanmaq istəyirik.
- İlk dəqiqələrdə oyununuzun alınmamasının səbəbi nə idi?
- Bəlkə də yaxşı köklənmişdik. Qollardan sonra ayıldıq.
- Əvvəlki oyunlardakı məğlubiyyətin psixoloji basqısı var?
- Bir az. Məğlubiyyətlərdən sonra istər-istəməz stress, ruh düşkünlüyü yaranır. Həftə ərzində çalışırdıq ki, komandanın motivasiyasını qaldıraq. Təəssüflər olsun ki, yaxşı oynamağımıza baxmayaraq, məğlub olduq. Qarşıdakı matçlar köklənəcəyik.
- Qarşıda "Neftçi" ilə səfər oyunu var. Həmin matçdan gözləntin nədir?
- Çempionatda zəif rəqib yoxdur. Bütün komandalar öz güclərini göstərir. Çalışacağıq ki, toparlanaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi