La Liqa klubu yeni baş məşqçisini açıqladı

20:56 - 9 Sentyabr 2023

İspaniyanın "Vilyarreal" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Xose Roxo Paçeta çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Son iş yeri "Valyadolid" olan Xose Roxo Paçeta "Vilyarreal"ın baş məşqçisi postunda Kiki Setyeni əvəz edib.

Xəbər xətti