Sabiq məşqçisini ittiham etdi : "Məni gündə 3 dəfə zorlayırdı"

20:44 - 15 Sentyabr 2023

Keçmiş fransalı tennisçi Anjelik Koşi yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ittiham olunan sabiq məşqçi Endryu Qeddesə qarşı məhkəmədə ifadə verib.

Sportal.az xəbər verir ki, mütəxəssis Koşiyə 1999-cu ildə, 12 yaşı olan zaman məşq keçməyə başlayıb. 2021-ci ildə Geddes dörd qıza cinsi təcavüzdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Anjelik Koşi məhkəmədə verdiyi ifadəsində bildirib ki, məşqçi onu dəfələrlə zorladığını bildirib:

"Dəfələrlə intihar haqqında düşünmüşəm. O, məni gündə üç dəfə zorlayırdı. İlk gecə otağına getməyimi istədi, mən isə getmədim. Sonra o mənim otağıma gəldi. Bu daha da pis idi. Özümü həbsxanada hiss edirdim, istədiyim vaxt çıxa bilmirdim. Onun gənc qızlarla davranışının yanlış olduğu tennis dünyasında məlum idi. Kimsə klub prezidentinə şikayət edəndə isə cavab belə oldu: “Bəli, amma Qeddes bizə titullar gətirir”.

Xəbər xətti