Türkiyənin "Başakşehir" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Şener Özbayraklı ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Şener Özbayraklı "Başakşehir"ə 2021-ci ilin yayında "Qalatasaray"dan keçmişdi. Türkiyə millisinin sabiq üzvü "bayquşlar"ın heyətində 31 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi