"Şahdağ Qusar" Bakıda məğlub oldu - VİDEO

20:14 - 19 Sentyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında III turun oyunlarına yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Baku Sportinq" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 6-ya yüksəldən "Baku Sportinq" turnir cədvəlinin VII pilləsində qərarlaşıb. 4 xalı olan "Şahdağ Qusar" isə IX yerdədir.

"Baku Sportinq" - "Şahdağ Qusar" 2:1

Qollar: Rəvan Kərimov, 5, Ülvi Quliyev, 52 - Salman Atluxanov, 30

Xəbər xətti