“Qəbələ” və Şimali Makedoniyanın “Puşkas Akademiya” komandaları arasında baş tutacaq UEFA Gənclər Liqasının 1-ci mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.
Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.
Oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi