Serbiyanın paytaxtı Belqradda təşkil olunan güləş üzrə lisenziya xarakterli dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov yarımfinal görüşünə çıxıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib.
Rəqibini 5:0 hesabı ilə məğlub edən Sənan mundialın finalına yüksəlib və Paris Olimpiadasına lisenziya əldə edib.
saytlarin hazirlanmasi