"Qəbələ"də yeni təyinat

16:32 - 23 Sentyabr 2023

“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.

Sportal.az xəbər verir ki, Asəf Zeynallı klubun Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.

O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.

A.Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.

O, bu vəzifədə bir müddət əvvəl klubu tərk edən və "Qarabağ"a mətbuat katibi təyin edilən Anar Hacıyevi əvəzləyib.

Xəbər xətti