"Qəbələ" "Qarabağ"la matça 3 itki ilə çıxacaq

14:52 - 24 Sentyabr 2023

“Qəbələ” Misli Premyer Liqasının VII turunun sabah keçiriləcək oyununda “Qarabağ”la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, ev görüşünün hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. VI turun “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Urfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesi keçir.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.

Xəbər xətti