Hüseyin Eroğlu ilə yollarını ayıran "Samsunspor" yeni baş məşqçi axtarışlarına start verib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin əsas hədəfi komandanın başına Sergen Yalçını gəturməkdir. Bu barədə Türkiyə mediası məlumat yayıb.
Samsunsular 50 yaşlı mütəxəssislə danışıqlar aparır.
Qeyd edək ki, "Neftçi" yayda baş məşqçi postuna Sergen Yalçını gətirmək istəyirdi. Tərəflər arasında bakıda görüş baş tutsa da, razılıq əldə olunmamışdı.
saytlarin hazirlanmasi