“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır.
Sportal.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək. İlk oyun Qəbələ şəhər stadionunda baş tutacaq.
Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən komanda daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 4 oktyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Timur Tursumbayev, Yevgeniy Karlov (hamısı Qazaxıstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
Qəbələ şəhər stadionu
saytlarin hazirlanmasi