İspaniya millisində ciddi itki: Avro-2024-də oynamayacaq

18:50 - 17 May 2024

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Betis"in futbolçusu İsko sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

32 yaşlı vingerin baldır sümüyündə sınıq aşkarlanıb. Uğurlu mövüm keçirən təcrübəli ön xətt oyunçusu Avro-2024-də iştirak edə bilməyəcək.

Qeyd edək ki, İsko bu mövsüm "Betis"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti