"Qəbələ"dən ayrıldı, ölkəsində oynayacaq - FOTO

13:17 - 29 İyul 2024

"Qəbələ"dən ayrılan Fares Abu Akel İsraildə oynayacaq.

Sportal.az xəbər verir ki, israilli yarımmüdafiəçi ölkəsinin yüksək liqa klublarından olan "İroni Tiberias"la anlaşıb.

O, bu komanda ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2022/2023 mövsümündə “Qəbələ”nin heyətində ölkə kubokunu qazanıb.

Xəbər xətti