"Arsenal"ın 3 yarımmüdafiəçisi derbidə oynamayacaq

17:02 - 10 Sentyabr 2024

"Arsenal" İngiltərə Premyer Liqasının 4-cü turunda səfərdə "Tottenhem"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi kollektiv London derbisinə ciddi itkilərlə çıxacaq.

"Arsenal"ın yarımmüdafiə xəttində prpblemlər var. Bu mövqedə çıxış edən 3 futbolçu vacib görüşdə komandaya kömək edə bilməyəcək.

Deklan Rays cəzalı durumdadır. Digər yarımmnüdafiəçilər Mikel Merino və Martin Ödeqard isə zədəlidir. "Topçular" derbidə bu üç oyunçunun xidmətindən məhrum olacaq.

Qeyd edək ki, "Tottenhem" - "Arsenal" qarşılaşması 15 sentyabr tarixində Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Xəbər xətti