"Qarabağ"ın oyununun biletləri satışa çıxdı

15:39 - 13 Sentyabr 2024

Azərbaycan Premyer Liqasının VI turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri bu gündən etibarən onlayn şəkildə satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.


Xəbər xətti