"Qalatasaray"ın futbolçusu La Liqa klubuna keçə bilər

15:05 - 26 Oktyabr 2024

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real Sosyedad" türk vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mediası məlumat yayıb.

La Liqa klubu 24 yaşlı ön xətt oyunçusu üçün "sarı-qırmızılar"a 7 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsisir. Türkiyə millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti