Niderland millisinin sabiq futbolçusu Edqar Devids "Mançester Yunayted"ə keçmək şansının olduğunu etiraf edib.
Sportal.az xəbər verir ki, “The Sun”a açıqlama verən Davids 1996-cı ili xatırlayıb:
“1996-cı ildə “Ayaks”ı tərk edəndə karyeramı “Mançester Yunayted”də davam etdirmək üçün yaxşı fürsət yaranmışdı. Aleks Ferqyussonla görüşdüm və bu, karyeramın ən yaddaqalan təcrübələrindən biri oldu. Dialoq zamanı o, gülməli, xarakterli və ağıllı idi, yəni lazım olan hər şey. O vaxtlar A Seriyasında böyük ulduzlar oynayırdılar, mənim də getmək istədiyim yer seçdim. “Milan”ı seçməyimin əsas səbəbi də bu oldu”.
51 yaşlı veteran futbolçu “Ayaks”, “Milan”, “Yuventus”, “Barselona”, “İnter”, “Tottenhem”, “Kristal Pelas” və “Barnet”də oynayıb.
saytlarin hazirlanmasi