Ev oyunlarını Azərbaycanda keçirən klub çempion oldu

10:22 - 26 Noyabr 2024

Belarus çempionatında 2024-cü il mövsümünün qalibi bəlli olub.

Sportal.az xəbər verir ki, "Dinamo"(Minsk) tarixində 9-cu dəfə ölkədə ən güclü adını qazanıb.

Vadim Skripçenkonun rəhbərlik etdiyi paytaxt təmsilçisi uğuru sona 2 tur qalmış əldə edib.

29-cu tur çərçivəsində BATE-ni qəbul edən Minsk təmsilçisi 1:0 hesablı qələbə ilə ardıcıl ikinci mövsüm çempionluğa qovuşublar.

Qeyd edək ki, UEFA "Dinamo"nun ev oyunlarını Belarusda keçirməyə icazə vermir. Onlar isə Konfrans Liqasında ev matçlarını Sumqayıtda keçirir.

Xəbər xətti