"Azərbaycanda böyük kütlə futbolu sevir, futbolla nəfəs alır" - İngiltərədə təhsil alan azərbaycanlı mütəxəssis

14:59 - 11 Yanvar 2025

İdman elmi üzrə mütəxəssis, Lids Bekket Universistetində təhsil alan Turcay Əhmədov Sportal.az saytına müsahibə verib. O, idmanda elmin vacibliyi haqda danışıb, Azərbaycanda bu sahədə olan çatışmazlıqlar barədə məlumat verib:

- Bir az özünüz haqda məlumat verərdiz...

- Sentyabr ayından İngiltərədəyəm. Burada təhsil alıram. Akademik fəaliyyətim idmanla bağlı olmayıb. 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakultəsinə daxil oldum. Hərbi xidmətdan qayıtdıqdan sonra 4 il fərqli sahədə çalışdım. Uşaqlıqdan futbolla məşğul idim. Müxtəlif akademiyalarda futbolla məşğul olmuşam. Ailəmin təkidi ilə təhsil sahəsinə yönəldim. Buna görə futboldan tamamilə aralandım. Müəyyən səbəblərə görə bir müddət ABŞ-də yaşadım. Sonra Azərbaycanda Region Liqasında çıxış edən bir "Verteks" komandasına oyunçu kimi qoşuldum. 2016-cı ildə bu klubu İctimai Birlik formasında dövlət qeydiyyatından keçirdik və adını "Tufan" qoyduq. Amerikada yaşadığım zaman gördüm ki, insanlar futbola daha çox meyillənirlər. Orada İdman və Təmrin elmləri üzrə təhsil alan gənclərlə tanış oldum. Həmin insanlarda bu sahə üzrə məlumatlar aldım.Onlar dedilər ki, biz idman elminə bir gələcək kimi baxırıq. ABŞ-dən qayıdanda qərar verdim ki, biz bu işləri "Tufan"da başlatmalıyıq. Nəticədə ilk olaraq araşdırmalara başladıq. Sonra belə qərara gəldik ki, biz idman elminə yiyələnsək, bu istiqamətdə addımlar atsaq, ölkə idmanına töhfə vermiş olarıq. Bundan əlavə labarator şəraitdə müxtəlif testlər apardıq. Biz 2016-cı ildə Qlobal İzləmə Sistemini Azərbaycana gətirdik. Daha əvvəl səhv etmirəmsə, 1–2  peşəkar klubumuz bu sistemdən istifadə edirdi. Bunun üzərində işləməyə başladıq. 

- İngiltərəyə getməyiniz necə alındı?

- Qərara gəldim ki, bu sahədə biliklərimi artırmalıyam. Buna görə də akademik təhsil üçün Böyük Britaniyada yerləşən universitetlərdən birini seçməli oldum. Bir çox universitetlərdən müsbət cavab aldım. Lakin pandemiya olduğu üçün həmin zaman təhsil məsələm alınmadı. Sonra Lids şəhərində yerləşən Lids Bekket Universistetini (Leeds Beckett University) seçdim. Ardaşdıranda gördüm ki, onların bu sahədə böyük təcrübəsi var. Təhsil almağa başlayandan sonra gördüm ki, öz seçimimdə yanılmamışam. Burada kifayət qədər akademik keçmiş formalaşdırıb gələcəkdə təhsilimi daha yüksək səviyyədə davam etdirə bilərəm. 

- Bu sahədə peşəkar fəaliyyətiniz olub?

- Hazırda AFFA-da da çalışıram. İdman elmi üzrə mütəxəssis kimi aşağı yaş qruplarında fəaliyyət göstərirəm. U-15, U-16, U-17, U-18 və U-19 millilərində GPS üzərindən alınan məlumatlar, yüklərin idarə olunması və digər məlumatları toplayıram və məşqçi heyətinə çatdırıram, həmçinin məşqlərin hazırlayıcı hissəsini (isinmə və sair) təmin edirəm. Məşqlər bunun əsasında həyata keçirilir. Mən birbaşa Texniki Depardamentə tabeyəm. Hazırda təhsillə bağlı ölkə xaricində olduğum üçün iki nəfər gənc əməkdaş U-19 və U-19 komandalarında çalışır. Mən də onlayn şəkildə həmin şəxslərə dəstək oluram. bunları idarə edirəm. 

- Futbol sahəsində funksioner kimi fəaliyyət göstərməyi düşünürsünüz?

- Hər hansı bir obyekt olsun ki, mən onun funksionallığını yerinə yetirim. Mənim sahəm genişlənməlidir ki, orada özümü funksiokioner kimi görüm. Məsələn akademiyanın direktorunun fəaliyyəti funksionallığın artırılması, ümumi fəlsəfənin müəyyənləşdirilməsi və s.dir. Gələcəkdə ola bilər ki, funksioner kimi fəaliyyətimi davam etdirim. Bu, ölkədəki şəraitdən asılıdır. Məqsədim odur ki, elm sahəsini inkişaf etdirim və bunu digər insanlara ötürüm. Artıq kimisə ötürmək qabiliyyətim olanda bu mənim funksionallığım olacaq. 

- Gələcəklə bağlı planlarınız nədir?

- Şəxsən özümlə bağlı planım odur ki, magistraturanı bitirəndən sonra doktorluq dərəcəsi üçün hansısa mövsunu götürüb onu ölkədə tətbiq edim. Çünki, insan resurslarımız var. Elmi araşdırmalarımı davam etdirmək üçün infrastruktur da mövcuddur. Azərbaycan İdman Akademiyası yaxşı təchiz olunmuş labaratoriyası var. Bundan səmərəli istifadə etmək olar. Əlavə olaraq Milli Reabilitasiya İnstitutu da var. Mövzumuzu orada davam etdirə bilərik. Faktiki olaraq məqsədim ondan ibarətdir ki, ölkədə elmi müstəvidə bu məsələlər daha çox qabardılsın. Nəyəsə söykənib irəli getməliyik. Dediklərim həqiqət üzərində qurulub. Datalar, araşdırmalar əsasında danışıram. Hansısa ölkələr bunları edib müəyyən səviyyəyə gəlib çatıblar. Biz də etsək, çata bilərik? Bu, növbəti mövzudur.

- Biz necə edə bilərik?

- Hansısa sistemi kopyalayıb eyniləşdirmək istəsək, oradan pozitiv nəticə almaya bilərik. Ölkənin spesifikasını, pxisologiyasını, genetik kodlaşdırmanı nəzərə almaq lazımdır. Bunlar hamısı nəyəsə əsaslanmalıdır. "Bizim genetikamızda futbol yoxdur" anlayışı bir az absurd səslənir. Çünki, genetika elmi özü deyir ki, dünyadakı 7 milyard insanın çox cüzi hissəsi güc və sürət komponentlərindən geri qalır. Biz yolumuzu elmə söykənib gedəsi olsaq, tez bir zamanda obyektiv bir həqiqətə gəlib çıxa bilərik. Başqalarının nə etdiklərinə baxanda "qızıl orta"nı tapmaq çətin olur. Sadə dildə desək n qədər ölkələrin təcrübəsini örgənib tam olaraq birini seçib desək ki, biz uğur qazanacayıq yanılmış olarıq. Keçmiş təcrübələr gələcək üçün yaxşı işlər görmək üçün təkan ola bilər amma burada mütləq ölkənin bütün xüsusiyyətləri nəzərə alınmalıdır. Hər zaman Gürcüstanı nümunə çəkirlər… Bu nümunə yaxşıdır, lakin biz hazır məhsulu müzakirə edirik, bu məhsulun istehsal yolunu tətqiq etmirik. Hal-hazırda mövsüm ərzində Gürcüstan millisinə cəlb edilən 22 futbolçu ölkə xaricində oynayır, 3 nəfər İtaliya A seriyasında, 3 nəfər İspaniya, 2 nəfər Fransa və sair. Ayrı ayrılıqda hər bir futbolçunun keçdiyi yolu, buraya hazırlıq, tanıtım, idarəetmə kimi amilləri, araşdırmaq lazımdır.

- Orada oxuduğunuz müddətdə praktikada olmusuz?

- Universitet özü maraqlı olan tələbələri müxtəlif idman növlərinə yöndəldillər. Məni də  "Lids Yunayted"in akademiyasına tövsiyyə etdilər və onlardan müsbət rəy gəldi CV vermişdim. Oradan mənə pozitiv geridönüş gəldi., sSadəcə olaraq, qaldığım yeri və dərslərimin çoxluğunu nəzərə alıb ora gedə bilmədim. Yanvar ayından sonra həftədə 2-3 dəfə onların akademiyasında praktikaya cəlb olunacam. Amma buna qədər universitet daxilində müxtəlif praktiki təlimlərə cəlb edilmişik ki, bunun əsasında qiymətləndirmə aparılıb.Mənim orada çalışmağımda maraqlıdırlar.

- Dərslər necə keçirilir?

- Bizə universitetdə bütün idman növlərindən danışırlar. Sadəcə özün dar müstəvidə öz mövzunu götürməlisən. Burada insanlar öz zəhmətlərini bölürlər. Hərənin öz sahəsi var. Ona görə də biz İngiltərə Premyer Liqasında baş məşqçinin arxasında 20-25 nəfərlik heyət görürük. Reallıqda onların hər birinin dar bir ixtisası var. Mən bir neçə işi gördüyüm deyəndə insanlara qəribə gəlir. Soruşurlar ki, sən nə vaxt istirahət edirsən? İşlərinə çox rahat yanaşırlar, hərənin öz işi var. Bu işin iki tərəfi var. Birincisi kliniki tərəf. Bu, labaratoriyaya bağlıdır. İkincisi isə tətbiqi tərəfidir. Universitetdə çalışırlar ki, burada təhsil alan tələbələr həm kliniki tərəfdən, həm də tətbiqi tərəfdən yaxşı olsunlar. Başqa ölkələrdən olan tələbələrə çox dəstək olurlar. İstəyirlər ki, tələbə özü işin içində olsun.

- Əvvəldən bu sahədə çalışmağınızın dərslərdə sizə köməyi olur?

- Burada olan tələblərdən fərqli olaraq mən öz keçmişimi yaxşı formalaşdırmışam. Daim öz üzərimdə çalışmışam. Burada deyilənlərin 80-85 faizini anlayıram, artıq bilirəm, nə istədiklərini başa düşürəm. Məqsədim elə səviyyəyə çatmaqdır ki, burada öyrəndiklərimi öz ölkəmizdə bu sahədə çalışan insanlarla bölüşə bilim. Elm paylaşdıqca gözəldir, paylaşdıqca çoxalır. Bunların metodikasını və tədris stilistikasını götürüb, daha da zənginləşdirib Azərbaycanda mənim kimi insanlara çatdıqmaq istəyirəm. 

- Azərbaycanda bunun üçün şərait var?

- Şərait də var, insanlarda istək də. Sadəcə olaraq bu istəyi bir az yönləndirmək lazımdır. Azərbaycanda böyük kütlə futbolu sevir, futbolla nəfəs alır. Hamı deyir əsas infrastrukdurdur. Bəli, bununla razıyam. Amma o infrastrukturu yarada bilən insan resursu lazımdır. Kiminsə başqa arqumenti varsa, deyə bilər. Mən fakt deyirəm. Tutaq ki, stadion tikildi. Ona baxmaq üçün mütləq mütəxəssislər lazımdır.

- İdman Akademiyasında İdman elmi ilə bağlı ixtisas var?

- Xeyr, tam olaraq yoxdur. Hazırda bu sahəni öyrənmək istəyən insanlar xaricdə təhsil almalıdır. Bəlkədə gələcək illərdə həmin gənclər, içi mən qarışıq ölkədə bu sahənin yaradıcıları ola bilərik.

-  Təhsili başa vurduqdan sonra Azərbaycana qayıdacaqsınız?

- Hər zaman bildirmişəm ki, bütün istəyim və fəaliyyətim öz ölkəmə və onun inkişafına dəstək olmaqdır. Bu səbəbdən hHələ qərar verməmişəm. Təhsilim 1 illikdir. Universiteti bitirəndən sonra 2 illik viza da verirlər. Bundan sonra iş axtara bilərik. İstəsək, burada qalıb işləmək seçimimiz var. Yalnız bundan sonra Həmin vaxt imkanları nəzərdən keçirmək olarəcəm. Yeganə istəyim odur ki, burada aldığım bilikləri yerli müstəvidə insanlara öyrədə bilim. Hazırda 3 elmi cəmiyyətin üzvüyəm. İkisi İngiltərədə yerləşir, biri isə Belçikadadır. Bu, ona imkan verir ki, öz əlaqələrini daha da genişləndirəsən, insanlarla əlaqədə olasan. Bir məqsədim də var ki, ölkədə olan bu sahədə çalışan insanları xarici universitetlərlə əlaqələndirim və onlar da təhsil alsınlar.Hal-hazırda çalışdığım qurum da bu istiqamətdə maraqlıdır və əməli addımlar atır. Federasiya olaraq hər zaman ən yaxşı və innovativ həlləri araşdırıb yolumuza davam etmək niyyətindəyik. AFFA üçün də dünyada nələrin baş verdiyi maraqlıdır.

- Bizim klubların iş sistemi ilə danışsız?

- Premyer Liqada çıxış edən 10 klubun hamısı ilə yaxşı münasibətim var. Ölkədə aktiv fəaliyyətdə olan məşqçilərin əksəriyyəti ilə görüşmüşəm və davamlı olaraq əlaqədəyik. Onların iş prinsiplərini başa düşürəm. Təkbaşına hansısa sistemi həyata keçirmələrini görməmişəm.

- "Qarabağ"ın məşqçilər korpusunda az sayda adam yer alır. Amma təmsilçimiz "Tottenhem"ə uduzunda tənqidlərə məruz qalır. Bu durumu necə şərh edərdiniz?

- Şərh ediləsi bir şey yoxdur. Həqiqətlər göz önündədir. Bizim klubların bu istiqamətdə görüləcək çox işləri var. Sadəcə olaraq birinci bunu anlamaq, sonra prosesə başlamaq lazımdır. Hansısa kluba deyəndə ki, güc və kondisiya üzrə üç mütəxəssis lazımdır, deyirlər ki, üç nəfər nəyə lazımdır ki? Belə olan halda aydın şəkildə izah etmək lazımdır ki, bir nəfər yuxarı ətrafa, bir nəfər aşağı ətrafa, bir nəfər isə sırf kondisiyaya baxacaq. Çünki güc və kondisiya tamam fərqli anlayışlardır. Mən əzələ, ağırlıq qaldırma üzrə yaxşı mütəxəssis ola bilərəm, amma ağciyər sistemini yaxşı bilməyə bilərəm. Belə olduqda üç nəfərin yerinə bir nəfəri gətirmək nəticədə futbolçunun, komandanın performansına təsir edəcək.

- Ola bilər ki, klub rəhbərləri büdcəyə qənaət etmək üçün bu məsələlərə isti yanaşmır?

- Ölkə futboluna yad adam deyiləm, bütün məşqçilərlə danışa bilirəm. Onların bu müstəvidə görmək istədikləri işlər var. Sadəcə olaraq bunu ərsəyə gətirəcək insanlar lazımdır. Büdcə ilə bağlı razıyam. Bu işləri yerinə yetirmək üçün xaricdən xeyli mütəxəssis gətirmək lazımdır. Gələn mütəxəssisləri qiymətləndirmək üçün ölkədə bu sahəni bilən şəxslər də  yoxdur. CV-sinə, işlədiyi yerlərə görə yox, işinə görə onları qiymətləndirməyi bacarmaq lazımdır. Yerli mütəxəssislərin olması imkan verəcək ki, ölkəyə daha keyfiyyətli əcnəbilər gəlsin. Təsəvvür edəkn ki, böyük bir zavod inşa olunub, amma onu işlədəcək şəxslər yoxdur. Belə olanda məcbur olub başqa ölkədən mütəxəssis gətirəcəyik. 10 milyon resursumuz var. Hələ ki, bunun üzərindən istənilən kəmiyyəti qurmamışıq. Ona görə də keyfiyyətdən danışa bilmərik. Mənim İngiltərəyə gəlişim bu işə akademik cəhətdən yanaşmağımız üçün ümid ola bilər. İnsanlarda istək var. Başlamaq üçün plan qurmaq lazımdır.

- Planı kim hazırlamalıdır?

- Bəzən deyirlər ki, strategiya hazırlamaq üçün əcnəbi mütəxəssislərin cəlb olunması nəyə lazımdır? Strategiya yazılanda öncə ölkənin xüsusiyyətini nəzərə almaq lazımdır. Bunu hazırlayanların yerli mütəxəssislər olması o qədər də vacib şərt deyil. Deyirik ki, Niderlandla Azərbaycanın əhalisinin sayı eynidir, orada 30 min meydança var. Amma nəzərə almırıq ki, onların 30 min meydançaya baxacaq mütəxəssisləri var. İndi biz də Azərbaycanda o qədər meydança tikək? Bu  bu stadionlara kim baxacaq? Biz gərək hər şeyi addım-addım edək. Öncə insan resurslarımızı zənginləşdirməliyik. Hər hansı stadionu tikəndə onu daima saz vəziyyətdə saxlayacaq mütəxəssislər lazımdır. Hibrid avtomobillər ölkəyə yeni gətirilən zaman hər hansı problem ortaya çıxanda təmir üçün onlarıən yaxında olan Gürcüstana aparırdılar. Amma indi rahat şəkildə problemi ölkədə həll edə bilirik. Bu sadəcə bir müqayisədir.

Elçin Əlixan

Xəbər xətti