"Milan" "Liverpul"un hücumçusunu istəyir

14:17 - 16 Fevral 2025

"Liverpul"un forvardı İtaliyaya yollana bilər.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, Darvin Nunyes "Milan"a keçmək imkanına sahibdir.

Uruqvaylı futbolçunun meneceri artıq "rossonyerlər"lə danışıq aparır.

"Milan" Darvin üçün lazımı transfer məbləğini də ödəməyə hazırdır. 

Nunyesin "Liverpul"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Onun transfer dəyəri 65 milyon avrodur.

Xəbər xətti