"Neftçi"nin şikayəti təmin olunmadı

16:56 - 19 Mart 2025

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətinə baxıb.

Sportalaz xəbər verir ki, qurum "ağ-qaralar"ın şikayətini təmin etməyib:

1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. 28 fevral 2025-ci il tarixdə Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi” komandasının 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 2 oyun cəzalanması və klubun isə 1500 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 39.1-ci maddəsi) barədə AFFA İntizam Komitəsinin 03 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

4. Qərarın tam mətni 30 (otuz) gün ərzində maraqlı tərəf(lər)ə göndərilsin.

Xəbər xətti