İngiltərənin "Mançester Yunayted" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Bornmut"da çıxış edən Castin Klyuvertdir. Bu barədə "Caught Offside" məlumat yayıb.
"Mançester Yunayted" niderlandlı hücumameyilli yarımmüdafiəçini transfer etmək üçün yayda onun klubuna təklif göndərəcək. 25 yaşlı ön xətt oyunçusu ilə "Liverpul", "Tottenhem" və "Nyukasl" da yaxından maraqlanır.
Qeyd edək ki, "Bornmut" Castin Klyuverti 2023-cü ilin yayında "Roma"dan transfer edib. Premyer Liqa təmsilçisinin heyətində uğurlu mövsüm keçirən Niderland millisinin üzvü bu mövsüm meydana çıxdığı 32 rəsmi matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi