Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Yan xətt hakimləri Abdullah Bora Özkara və Samet Çiçek olacaq. Dördüncü hakim funksiyasını isə Çağdaş Altay yerinə yetirəcək.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 29 mart tarixində Bakı vaxtı ilə saat 21:30-da "Beşiktaş Park"da baş tutacaq.
saytlarin hazirlanmasi