Azərbaycan kubokunun final oyununun tarixi dəyişdirildi - dünya çempionatına görə

19:31 - 22 Aprel 2025

21 may tarixindən etibarən Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək. Mötəbər yarışın final matçı 1 iyun tarixinə təsadüf edəcək. Bununla əlaqədar olaraq Minifutbol federasiyasının da Peşəkar Futbol Liqasına müraciəti nəzərə alınaraq Azərbaycan Kubokunun final matçının tarixinin dəyişdirilməsinə qərar verilib.

Sportal.az xəbər verir ki, bu barədə PFL rəsmi məlumat yayıb.

Ölkə kuboku çərçivəsində mövsümün son qarşılaşması 31 may tarixində keçiriləcək.

Oyun öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

Xəbər xətti