"Borussiya"nın yarımmüdafiəçisi "Beşiktaş"a keçə bilər

13:58 - 3 May 2025

"Borussiya"nın yarımmüdafiəçisi Salih Özcan karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az xəbər verir ki, əsas heyətə düşə bilməyən türk futbolçu Bundesliqa klubundan ayrılmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beçiktaş" Salihin xidmətində maraqlıdır. "Qara qartallar"ın baş məşqçisi Ule Qunnar Sulşey 27 yaşlı oyunçunu komandasında görmək istəyir. "Ağ-qaralar"ın qarşıdakı günlərdə Almaniya klubu ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, "Borussiya" Salih Özcanı 2022-ci ilin yayında "Köln"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb. O, mövsümün ilk yarısnda icarə əsasında "Volfsburq"un formasını geyinib.

Xəbər xətti