Vasili Berezutski: "İkinci yarıda üstünlük bizim tərəfimizdə idi"

21:48 - 3 May 2025

"Sabah" Misli Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə bərabər səviyyəli oyun keçdi. Amma ikinci yarıda üstünlük bizim tərəfimizdə idi. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik.

- Hakimə ilk etirazınızda sarı vərəqə gördünüz. Bunu necə şərh edərdiniz?

- Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi.

Mirbağırağa

Xəbər xətti