"Neftçi" daha bir legioneri ilə bağlı qərar verdi - göndərmək istəyirlər

19:22 - 2 May 2025

"Neftçi"də yayda köklü dəyişikliklər olacağı gözlənilir.

Sportal.az saytına verilən məlumata görə, komandadan yayda göndərilə biləcək oyunçular arasında Robert Bauerin də adı var.

"Ağ-qaralar" gözləntiləri qarşılamayan legioneri yayda göndərmək barədə düşünür.

Alman futbolçu paytaxt klubuna mövsümün əvvəlində cəlb edilib. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

30 yaşlı karyerası ərzində "İnqolşdat", "Verder", "Nürnberq", "Arsenal", "Sent-Trüden", "Əl-Tai" klublarında oynayıb.

Xəbər xətti