Türkiyə klubu çempion baş məşqçi ilə yollarını ayırdı

17:37 - 12 May 2025

Türkiyənin "Kocaelispor" klubu baş məşqçi İsmet Taşdemirlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "yaşıl-qaralar" 51 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk məşqçi ilə müqaviləyə qarşılılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İsmet Taşdemir ötən ilin dekabr ayında "Kocaelispor"un ba məşçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 1-ci Liqada çempion olub və 16 il sonra Super Liqaya vəsiqə qazanıb.

Xəbər xətti