"Bayer" və Niderland millisinin yarımmüdafiəçisi Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Liverpul” Frimponq üçün hərəkətə keçib.
Onunla 5 illik müqavilə imzalanacaq.
2030-cu ilin yayına qədər nəzərdə tutulub. Mersisayd təmsilçisi Ceremi üçün 40 milyon avro ödəyəcək.
24 yaşlı futbolçu 2021-ci ildən “Bayer”də çıxış edir. O, cari mövsümdə 48 oyunda meydana çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi