Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda ayrılacağı gözlənilən Fernando Musleraya əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Nitsa"da çıxış edən Marçin Bulkanı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" Fransa klubu ilə 1 illik müqaviləsi qalan polşalı qapıçı üçün danışıqlara başlayıb.
Qeyd edək ki, "Nitsa" Marçin Bulkanı 2021-ci ilin yayında PSJ-dən transfer edib. 26 yaşlı qapıçı bu mövsüm Liqa 1 təmsilçisinin heyətində 39 rəsmi matçda meydanda olub.
saytlarin hazirlanmasi