Kevin De Bruyne yaxın günlərdə “Napoli”yə qoşulacaq.
Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Neapol klubuyla 2 illik müqavilə imzalamağa hazırdır və müqavilədə əlavə 1 illik uzadılma opsiyası da var. Futbolçunun illik maaşı 5 milyon avro olacaq.
33 yaşlı oyunçu çərşənbə axşamı və ya çərşənbə günü tibbi müayinədən keçəcək.
De Bruyne “Mançester Siti”dən sərbəst agent kimi ayrılıb.
saytlarin hazirlanmasi