"Qəbələ" millimizin sabiq üzvü ilə yollarını ayırdı - RƏSMİ

12:18 - 27 İyun 2025

"Qəbələ" Elvin Yunuszadə ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə artırılmayıb.

2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin “Qəbələ”də 22 oyun keçirib.

Klub ona təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Xəbər xətti