"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun idmançısı və sörfinq üzrə SFA köməkçi məşqçi sertifikatına sahib Ülviyyə Əhmədova vəfat edib.
Sportal.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlama verən Azərbaycan Yelkən Federasiyasının rəsmisi Solmaz Məmmədli bildirib ki, gənc idmançı Bakıda skuterlə hərəkətdə olarkən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Ülviyyə Əhmədovanın 20 yaşı var idi.
saytlarin hazirlanmasi