UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, "Zirə" Xorvadiyada "Hayduk"un qonağı olub.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bakıdakı matçda da eyni hesab qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.
Daha 1 qol vuran Split təmsilçisi növbəti raunda yüksəlib. "Zirə" isə turnirdə mübarizəni dayandırıb.
Qollar: F.Krovinoviç,19, F.Benrahou,95, - İssa Cibrilla,90+3
Qırmızı vərəqə: Quima,77