"Real"ın futbolçusu A Seriyasında - RƏSMİ

22:08 - 31 İyul 2025

Xakoba Ramon "Real" klubundan "Komo"ya transfer olunub.

Sportal.az xəbər verir ki, İtaliya klubu 20 yaşlı müdafiəçi ilə müqavilə imzalandığını elan edib.

Fabritsio Romanonun məlumatına görə, transferin məbləği 2,5 milyon avrodur. Müqaviləyə oyunçunun çıxışlarına bağlı əlavə bonus ödənişləri də daxildir. "Real" klubunun futbolçunu geri almaq üçün 3 müxtəlif bəndi var. Bundan əlavə, madridlilər oyunçu başqa kluba satılarsa, həmin transfer məbləğinin 50%-ni əldə edəcək.

2024/25 mövsümündə Ramon "Real"ın əsas komandasında 6 oyun keçirib, gənclər komandasında isə 16 matçda iştirak edib.

Xəbər xətti