"Xankəndi" altı futbolçu ilə yollarını ayırdı

18:49 - 1 Avqust 2025

AFFA Region Liqasının son qalibi "Xankəndi" 6 futbolçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Qarabağ təmsilçisi Vüqar Rəhimov, Ramil Əhmədov, Sirac Məmmədli, Valeh Qəhrəmanlı, Firdovsi Kazımov və Məhəmməd Alıyev ilə qarşılıqlı razılaşma əsasında vidalaşıb.

Xatırladaq ki, komanda yeni mövsümdə Azərbaycan 2-ci Liqasında mübarizə aparacaq.

Xəbər xətti