"Spartak" "Qalatasaray" və "Fənərbaxça"nın müdafiəçiləri ilə maraqlanır

16:49 - 1 Avqust 2025

Rusiyanın “Spartak” klubu Türkiyə klublarının legioneri ilə maraqlanır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi Aleksander Djiku və Kevin Kuestanı heyətinə qatmaq istəyir.

30 yaşlı Djikunun“Fənərbaxça” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Kuesta isə 2028-ci il iyunun 30-na qədər “Qalatasaray”a məxsusdur. “Spartak” hər iki futbolçunu icarəyə götürməyi planlaşdırır. Moskvalılar Rusiya Premyer Liqasında geridə qalan 2 turda 3 xalla 16 komanda arasında 10-cu pillədədir.

Xəbər xətti