"Vugar Gashimov Open" turnirinin qalibi müəyyənləşdi

20:47 - 1 Avqust 2025

"Vugar Gashimov Open" şahmat turnirinə yekun vurulub.

Sportal.az xəbər verir ki, Əhməd Əhmədzadə 9 tur davam edən yarışın 8 xalla qalibi olub.

Müvafiq olaraq, Tunar Davudovla Murad İbrahimli 7.5 xalla ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Xatırladaq ki, "Vugar Gashimov Open" turniri Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən "Chess Tour Azerbaijan" layihəsinə daxil edilib.

Xəbər xətti