Daha öncə də qeyd etiyimiz kimi, “Real” Endriki icarəyə verə bilər. Hücumçu Xabi Alonsonun planlarına daxil deyil.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, braziliyalı oyunçu qış fasiləsində komandasını dəyişməyi planlaşdırır və icarə variantı nəzərdən keçirilir. “Real” Endriki Bundessliqa klubuna göndərə bilər.
Qeyd etmək lazımdır ki, keçən yaz “Ayntraxt” və “Leyptsig” klubları hücumçuya maraq göstərmişdi. Endriklə “Real” arasındakı müqavilə 2030-cu ilə qədər qüvvədədir.
saytlarin hazirlanmasi
