“Yuventus” və komandanın hücumçusu Kenan Yıldız yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 20 yaşlı türkiyəli futbolçu yeni müqaviləyə görə illik təxminən 6 milyon avro qazanmaq istəyir, lakin klub ona təxminən 5 milyon avro təklif edir.
Yıldız 2022-ci ildən “Yuventus”da çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 18 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
