"SKA-Xabarovsk"un qapıçısı İslam İmamov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, 24 yaşlı qolkiperin xidmətində maraqlı olan Premyer Liqa klublarımız var.
Həmin klublar İmamov üçün mübarizə aparır. Rusiya 1-ci liqasında yarışan Xabarovsk təmsilçisinin qapısını qoruyan İslamın da karyerasını Azərbaycanda davam etdirməyə müsbət yanaşdığı dəqiqləşib.
O, özü də Rusiyadan ayrılaraq, Azərbaycan klublarından birinə keçməyə hazırdır.
Əslən Azərbaycandan olan İslamın “SKA-Xabarovsk”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
İmamov “Legion-Dinamo”, “Zvezda”(Sankt-Peterburq”), “Kuban Holdinq”də oynadıqdan sonra 2022-ci ildə “SKA-Xabarovsk”a keçib
