Ukraynalı məşqçi Yuri Vernidubun "Neftçi"yə keçidi indiki dönəm üçün baş tutmayacaq.
Sportal.az "Sport.ua" portalına istinadən xəbər verir ki, bu, 59 yaşlı məşqçinin ölkəni tərk edə bilməməsi ilə bağlıdır. Belə ki, hərbi vəziyyət səbəbindən Vernidub ölkəni yalnız 22 yanvar 2026-cı ildən sonra, yəni 60 yaşı tamam olduqda tərk edə bilər.
Ukrayna mətbuatının iddiasına görə, “Neftçi” yeni məşqçi üçün iki ay gözləməyə hazır deyil. Lakin "ağ-qaralar" onu baş məşqçi postunda görməyi çox istəyir.
Qeyd edək ki, Ukraynada səfərbərlik yaşı 25-dir, lakin hərbi vəziyyətə görə, 18 yaşdan yuxarı bütün kişilərə ölkədən sərbəst çıxmaq qadağan edilib.
saytlarin hazirlanmasi
