Biləsuvar şəhər stadionu yararsız vəziyyətə düşüb

17:33 - 1 Dekabr 2025

Biləsuvar şəhər stadionu uzun müddətdir baxımsız vəziyyətdədir.

Sportal.az xəbər verir ki, bu barədə Oxu.az-a rayon sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, arenada vəziyyət getdikcə pisləşir:

"Stadionun oturacaqları sınıb, meydançanın yanında yerləşən yardımçı bina istifadəyə yararsızdır. Ot örtüyü tamamilə sıradan çıxıb. Stadion 1998-ci ildə istifadəyə verilib, lakin o vaxtdan bəri demək olar ki, heç bir əsaslı təmir aparılmayıb. Bu da rayonda idmanın inkişafına ciddi mane olur".

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, stadionun vəziyyətindən xəbərdardırlar:

"Stadionun əsaslı təmiri növbəti ilin layihə planına daxil edilib".

Xəbər xətti