Əlcəzairli yarımmüdafiəçi "Mançester Siti"nin hədəfində

20:40 - 15 Aprel 2026

"Bayer"in yarımmüdafiəçisi İbrahim Maza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Siti" əlcəzairli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Şəhərlilər" Mazanı yayda heyətə qatmağa çalışacaq. "Mançester Siti" 20 yaşlı hücumameyilli yarımmüdafiəçini mövsümün sonunda müqaviləsi başa çatan Bernardo Silvaya əvəzləyici kimi düşünür.

Qeyd edək ki, "Bayer" İbrahim Mazanı 2025-ci ilin yayında "Herta"dan 12 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti