Dorinel Muntyanu "Qəbələ"nin liderini göndərdi

15:46 - 25 İyul 2014

Dodo “Qəbələ”dən kənarlaşdırıldı

 

Hollandiyada təlim-məşq toplanışında olan “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu komandanın braziliyalı yarımmüdafiəçisi Dodonu heyətdən kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki,  buna səbəb “sambaçı”nın nizam-intizam qaydalarını pozması olub. Belə ki, Muntyanu Dodoya Azərbaycana qayıtmağı və əvəzedici heyətlə məşq etməyi məsləhət görüb. Onun nə vaxt əsas heyətə qaytarılacağı isə bəlli deyil.

 

Qeyd edək ki, Dodo “Qəbələ”nin heyətində ən çox oyun keçirən futbolçudur.

 

Mənbə: Apasport.az

Xəbər xətti