Sportal.az xəbər verir ki, klubun baş məşqçisi Özcan Bizati azərbaycanlı futbolçunun komandasında baxışda olduğunu deyib. R.Məlikovun ötən mövsümün əvvəlində ciddi zədələndiyini vurğulayan türkiyəli mütəxəssis bildirib ki, 28 yaşlı müdafiəçi yaxşı durumda olsa, onunla müqavilə imzalanacaq:
"Rail Məlikov ötən mövsümün əvvəli ciddi zədələndi. O, mənə zədəsinin tam sağaldığını bildirdi. Rail Məlikov bir müddət komandanın məşqlərində iştirak edəcək. Yaxşı formada olacağı təqdirdə, onunla müqavilə imzalayacağıq".
Xatırladaq ki, R.Məlikov 2012/2013 mövsümündə "Dənizlispor"da oynayıb. O, ötən mövsüm isə "Qəbələ"də çıxış edib.