Hafiz Məmmədovun klubu əsas liqada!

11:20 - 26 İyul 2014

"Lans" azarkeşləri üçün şad xəbər
 
Azərbaycanlı iş adamı, "Bakı" klubun prezidenti Hafiz Məmmədova məxsus "Lans" klubu yeni mövsümdən yüksək liqada oynamaq üçün müraciət etdikləri Fransanın Milli Olimpiya və İdman Komitəsindən (CNOSF) müsbət cavab alıb.

Sportal.az xəbər verir ki, CNOSF da "sarı-qırmızılar"ın Fransa yüksək liqasında buraxılmasını lazım bilib.

Lakin Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi gələn həftə "Lans"ın yeni mövsümdən yüksək liqada iştirakını təsdiqləməlidir.

Qeyd edək ki, "Lans" ötən mövsümü üçüncü pillədə başa vurmaqla Fransanın yüksək liqasına vəsiqə qazansa da, İdarəetməyə Nəzarət üzrə Milli Direktorat (DNCG) klubun növbəti mövsümdən yüksək liqada iştirak üçün lazımı bank təminatının verilmədiyini əsas gətirərək, komandanı "Liqa 1"ə buraxmayıb. Hafiz Məmmədovun komandasının apellyasiya şikayətləri də nəticəsiz qalıb. Daha sonra "Lans" daha yuxarı instansiya sayılan CNOSF-a müraciət etməli olub və oradan müsbət cavab alıb. (qol.az)

Xəbər xətti