"Xəzər Lənkəran" Türkiyədən futbolçu gətirir

12:51 - 26 İyul 2014

Komanda axtardığını tapdı
 
Sloveniya toplanışını yekunlaşdırmağa hazırlaşan “Xəzər Lənkəran” bütün mövqelər üzrə boşluqları doldursa da komandanın qapıçı problemi hələ də qalmaqdadır.

Belə ki, hazırda heyətdə cəmi iki özü də  gənc qapıçılar yer alır ki, bunlar da Orxan Sadıqlı və Tərlan Qasımzadədir. Gənclərin yanında bir təcrübəli ismin olması isə əlbəttə ki, yalnız komandanın xeyrinə olardı.

Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” üçüncü qapıçını Türkiyədən gətirəcək. Bu işləsə baş məşqçinin qapıçılar üzrə köməkçisi Murat Göksu özü məşğul olur. Rəhbərlik tərəfindən də ona razılıq verilib. Lazım olan maliyyənin də ayrılacağı bildirilib.
 
12cioyuncu.info

Xəbər xətti