Millət vəkili Hafiz Məmmədovu təbrik etdi

01:14 - 27 İyul 2014

Mirzəzadədən "Lans"la bağlı status
 
Millət vəkili Aydın Mirzəzadə Hafiz Məmmədovu “Lans” klubunun Fransanın futbol üzrə yüksək liqasına buraxılması münasibəti ilə təbrik edib.

Sportal.az xəbər verir ki, millət vəkili bu haqda sosial şəbəkəsində status paylaşıb.

Millət vəkilin sözlərinə görə, bundan sonra Fransa mətbuatında Azərbaycan adını tez-tez görəcəyik: “Azərbaycanlı iş adamına məxsus “Lans” klubunun Fransanın futbol üzrə yüksək liqasına buraxılmasına yaşıl işıq yandırılması məni çox sevindirdi. Bu barədə dünən Fransanın Milli Olimpiya və İdman Komitəsindən (CNOSF) müsbət cavab verilib.

Bununla da futbol üzrə Fransa yüksək liqasında vaxtaşırı Azərbaycanla bağlı informasiyalar səslənəcək. Növbəti dəfə Fransa kimi nüfuzlu bir ölkənin mediası, ictimai fikri belə güclü şəkildə ölkəmizi görə biləcək.

Bu uğurda iştirakı olan hər kəsi təbrik edirəm və inanıram ki, Azərbaycan iş adamları bundan sonra da uğurlu layihələrə imza atacaqlar”.

 Xatırladaq ki, sözü gedən fransız klubunun sahibi azərbaycanlı işı adamı Hafiz Məmmədovdur.

 

Xəbər xətti