Hafiz Məmmədovun klubu rəsmən Liqa 1-də

02:21 - 29 İyul 2014

"Lans" rəsmi saytından açıqladı
 
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubunun yeni mövsümdən Fransa yüksək liqasında iştirakı rəsmiləşib.

Sportal.az "Lans" klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərarı Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi qəbul edib.
 
"Lans" rəhbərliyi də  rəsmi saytda bu uğurlu addımın atılmasında əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirib.

Xəbər xətti